» » » Azərbaycan və Rusiya ali məktəblərinin assosiasiyası yaradıldı

Azərbaycan və Rusiya ali məktəblərinin assosiasiyası yaradıldı

Azərbaycan və Rusiya ali məktəblərinin assosiasiyası yaradıldı

Memorandum imzalandı.

Bu gün Rusiya nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının təsis olunması mərasimi keçirilib.

ucarliyiq.biz xəbər verir ki, mərasimdə Təhsil naziri Mikayıl Cabbarov, Rusiya tərəfdən isə Dmitri Livanov iştirak edib.

Mərasimdə çıxış edən Mikayıl Cabbarov ölkələrimiz arasında humanitar sahədə, o cümlədən də elm və təhsil sahələrində əlaqələrin genişdirilməsinin əhəmiyyətindən danışıb.

Nazir qeyd edib ki, müasir çağırışlara əsaslanan bu əlaqələr qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradacaq.

Öz növbəsində, Rusiyalı nazir yeni yaradılacaq qurumun universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacağını deyib.

Sonda iki ölkə arasında Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyasının yaradılması barədə memorandum imzalanıb.