» » » Bakıda mənzildə partlayış: Yaralanan var

Bakıda mənzildə partlayış: Yaralanan var

Bakıda mənzildə partlayış: Yaralanan var

DİN məlumat yaydı.

Bakının Nəsimi rayonunun Moskva prospektində yaşayan Çingiz Abbasovun yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.

Bu barədə ucarliyiq.biz-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, hadisə noyabrın 19-da saat 17 radələrində baş verib.

Nəticədə mənzilin qapı və pəncərə çərçivələri dağılıb.

Orada təmir işləri aparan Bakı şəhər sakini Yuriy Əzimov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.