» » » Bakıda Bayıl qalasının bərpası təklif olunur – FOTO

Bakıda Bayıl qalasının bərpası təklif olunur – FOTO

Bakıda Bayıl qalasının bərpası təklif olunur – FOTO

Şəhərimizə gələn turistləri gəmi ilə bu maraqlı qalaya dəvət etmək olar.

Azərbaycanlı dizaynerlər Rəsul Həsənov və Ramiz Əlili maraqlı təşəbbüslə çıxış ediblər.

ucarliyiq.biz xəbər verir ki, gənc dizaynerlər Bakının qədim rəmzlərindən biri olmuş, sonradan Xəzərin suyunun səviyyəsinin artması nəticəsində dağılmış Bayıl qalasının bərpasını təklif edirlər.

“İdeya hazırlamamışdan əvvəl müxtəlif tarixlərdə müxtəlif arxeoloq, memarlar və rəssamlar tərəfindən aparılmış işlərlə tanış olduq. Həmçinin bərpa zamanı peyk fotoları da köməyimizə çatdı. Çünki hazırda qalanın təməl hissəsi qalmaqdadır. Çertyoj hazırlandıqdan sonra real ölçüdə 3d model yığıldı. Layihəni hazırlayarkən Bakının hazırkı fotolarından istifadə edib qalanı real ölçüdə yerləşdirdik”, - deyə, dizaynerlər bildiriblər.

Onların fikrincə, dövrümüzdə qalalar öz əvvəlki strateji funksiyalarını itirsələr də şəhərin turizminə böyük maraq oyadır.

“Dənizin içində yerləşən və Azərbaycan tarixinin bir hissəsi olan Bayıl qalasının da yenidən bərpa olunmasını düşünürük. Qalanın içində həm muzey, həm də istirahət yerləri düşünülüb. Odur ki, şəhərimizə gələn turistləri gəmi ilə bu maraqlı qalaya dəvət etmək olar.

Bayıl qalasının bərpası ilə bağlı müxtəlif qurumlara müraciət etsək də hələ ki, məsələyə cavab verən olmayıb. Lakin ümid edirik ki, bu layihə həyata keçəcək. Həm tariximiz bərpa olacaq, həm də şəhərimizin turizminə təkan verəcək”, - deyə, gənclər bildiriblər.

Qeyd edək ki, qala Bakının Bayıl qəsəbəsi yaxınlığında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsidir.

Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla (“Sualtı şəhər” , “Bayıl daşları”, “Səbayıl qalası”, “Karvansara”, “Xanəgah”, “Kömrükxana” və s.) anılsa da, elmi ədəbiyyatda daha çox “Bayıl qəsri” adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var.

Bayıl qalasında ilk arxeoloji tədqiqatlar 1930-40-cı illərdə arxeoloq İsaq Cəfərzadə tərəfindən aparılıb. 1969-cu ilə qədər davam etmiş tədqiqatlar nəticəsində məlum olub ki, uzun əsrlər suyun altında qaldığından qəsr dağılıb. Onun yalnız özülləri, epiqrafik abidələri və yazılı daş kitabələri qalıb.