» » » “Qalatasaray”ın Bakıdakı mağazası bağlandı – FOTO

“Qalatasaray”ın Bakıdakı mağazası bağlandı – FOTO

“Qalatasaray”ın Bakıdakı mağazası bağlandı – FOTO

Mağazanın 5 illik lisenziyası var.

“Qalatasaray” idman klubunun 2012-ci ildə Bakıda açdığı “Galatasaray Store” mağazası yenidən bağlanıb.

ucarliyiq.biz Musavat.com-a istinadən xəbər verir ki, klubun “Gənclik” metrosunun yaxınlığında Fətəli Xan Xoyski küçəsində yerləşən mağazası bir neçə gündür bağlanıb. 

Mağazanın sahibi Rüstəm Kərimzadənin sözlərinə görə, mağaza yenidən açılacaq, lakin vaxtı və ünvanın məlum deyil.

Xatırladaq ki, mağaza ilk olaraq “Torqovı”da, Rəsul Rza küçəsi 77 ünvanında açılmışdı. “Qalatasaray”ın uğursuz çıxışları zamanı satışlar azalandan sonra mağaza icarə haqqı nisbətən az olan “Xaqani” ticarət mərkəzinin 3-cü mərtəbəsinə, buradan isə “Gənclik” metrostansiyasının yaxınlığına köçürülmüşdü. 

Qeyd edək ki, mağazanın bağlanma səbəbi satışın aşağı olmasıdır. Onu da əlavə edək ki, 2012-ci ildə açılan mağazanın 5 illik lisenziyası var. 

“Qalatasaray”ın Bakıdakı mağazası bağlandı – FOTO

“Qalatasaray”ın Bakıdakı mağazası bağlandı – FOTO

“Qalatasaray”ın Bakıdakı mağazası bağlandı – FOTO