» » » Ekologiya nazirliyi direktoru işdən çıxartdı

Ekologiya nazirliyi direktoru işdən çıxartdı

Ekologiya nazirliyi direktoru işdən çıxartdı

Nöqsanlar aşkarlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru işdən azad edilib. 

Bu barədə nazirlikdən ucarliyiq.biz-a bildirilib. 

“Oğuz meşələrinin qanunsuz qırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət əsasında nazirlikdə Komissiya yaradılaraq Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində araşdırma aparılıb.

Araşdırma zamanı Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsində meşələrin qorunub mühafizə olunmasında ciddi qanun pozuntularına, qanunsuz qırıntılara yol verildiyi müəyyən edilib”, - deyə nazirlikdən qeyd edilib. 

Nazirlikdən bildirilib ki, aşkar olunmuş nöqsanlar ilə əlaqədar müəssisənin direktoru  işdən azad edilib:

“Meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, iş fəaliyyətinin qeyri-qənaətbəxş təşkilinə, işçilərin fəaliyyətinə nəzarəti lazımi səviyyədə həyata keçirmədiyinə, xidməti ərazidə ekoloji qanunvericiliyin tələblərinin pozulmasına görə Oğuz MMBM-in direktoru Vüqar Mehdiyev işdən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Yol verilmiş qanun pozuntularına görə cavabdeh olan digər işçilər barəsində də qanunamüvafiq qaydada ciddi intizam tənbehi tədbirləri görülüb. Tədbir görülməsi üçün araşdırma materialları hüquq-mühafizə orqanlarına göndərilib”, - deyə nazirlikdən qeyd edilib.