» » » Gəncədə azyaşlı məktəblilərin məscidə girişi qadağan olundu

Gəncədə azyaşlı məktəblilərin məscidə girişi qadağan olundu

Gəncədə azyaşlı məktəblilərin məscidə girişi qadağan olundu

“Bu yeniyetmələri fikirlərindən daşındırmaq olmur”.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev ötən gün şəhərin Əhməd Cavad küçəsi 47 saylı mənzildə qanunsuz fəaliyyət göstərən "Yehova şahidləri" təriqətinin 27 nəfər üzvünün polis tərəfindən saxlanılmasına münasibət bildirib.

ucarliyiq.biz-ın report-a istinadən məlumatına görə E.Vəliyev deyib ki, Gəncədə milli-mənəvi dəyərlərə zidd olan, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmədən fəaliyyət göstərən dini cərəyanlara qarşı mübarizə ciddi şəkildə aparılacaq.

O, həmçinin qeyd edib ki, Gəncə Şəhər Təhsil İdarəsi şəhərdəki iki orta məktəbin direktoruna şiddətli töhmət verib. Buna səbəb həmin məktəblərdə "Yehova şahidləri" təriqəti üzvlərinin qanunsuz dini təbliğat aparmasına imkan verilməsi, nəticədə bəzi şagirdlərin həmin təriqətə qoşulması göstərilib.

İcra başçısı 15 yaşdan aşağı olan məktəblilərin məscidlərə girişini qadağan etdiyini də deyib: 

"Məktəblilər dərs oxumaqdansa məscidlərə gedirlər. Burada da dindən istifadə edən çirkin məqsədli adamların təsiri altına düşürlər. Daha sonra bu yeniyetmələri fikirlərindən daşındırmaq olmur".

Qeyd edək ki, Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis İdarəsinin birgə keçirdiyi əməliyyat tədbiri zamanı şəhərin Poçt qəsəbəsində 5-i az yaşlı olmaqla "Yehova şahidləri" təriqətinin 27 üzvü saxlanılaraq inzibatı məsuliyyətə cəlb edib.