» » » “AvtoFM”dən sürücülərə və piyadalara – MÜRACİƏT

“AvtoFM”dən sürücülərə və piyadalara – MÜRACİƏT

“AvtoFM”dən sürücülərə və piyadalara – MÜRACİƏT

“İnsan bu dünyaya ehtiyat hissələri olmadan gəlir”.

107.7 - “AvtoFM” radiosu yol təhlükəsizliyinə dair növbəti sosial çarx hazırlayıb.

ucarliyiq.biz xəbər verir ki, sosial çarxda sürücülərə və piyadalara müraciət ünvanlanıb.

Sosial çarxda bildirilir ki, piyadalar da sürücülərlə eyni hüquqa malikdirlər: 

“Sürücü unutmamalıdır ki, yol hərəkəti iştirakçısı qismində ən zəif bənd məhz piyadadır. Əgər sürücü üçün yolda baş verən kiçik bir qəza hiss edilmədən ötüşürsə, piyada, əksinə həmin hadisənin təsirindən uzun müddət qurtula bilmir.

Unutmaq lazım deyil ki, insan bu dünyaya ehtiyat hissələri olmadan gəlir”. 

Qeyd edək ki, Azərbaycanın ən məşhur radiolarından olan 107.7 - “AvtoFM” radiosu daim sağlamlıqla və yol təhlükəsizliyi ilə bağlı sosial layihələr həyata keçirir.

Elvin Əhmədov