» » » Səyyar ASAN xidmət eyni vaxtda 10 regionda xidmət göstərir

Səyyar ASAN xidmət eyni vaxtda 10 regionda xidmət göstərir

Səyyar ASAN xidmət eyni vaxtda 10 regionda xidmət göstərir

Bu günə qədər 350 minə yaxın əhaliyə səyyar xidmət göstərilib.

Səyyar ASAN xidmətin xüsusi avadanlıqlarla təchiz olunmuş 10 avtobusu “ASAN xidmət”mərkəzlərinin təsis edilmədiyi regionlardavətəndaşların xidmətlərdən yararlanmalarıüçün aşağıdakı 10 regionda (Qobu, Xırdalan, Şəmkir, Qəbələ, Quba, Masallı, Hacıqabul, Tərtər, Zərdab, Neftçala) əhaliyə xidmətlər göstərir.

Bu barədə Dövlət agentliyindən ucarliyiq.biz-a bildirilib. 

Xatırladaq ki, Səyyar ASAN xidmət 2013-cü ildə 2 avtobusla fəaliyyətə başlayıb.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən əlavə xüsusi avadanlıqlarla təchiz olunmuş 8 avtobus alınaraq avtobusların sayı 10-a çatdırılıb. Bununla da, Səyyar ASAN xidmətin ölkəninbütün regionlarını əhatə etməsi təmin olunub.Belə ki, Səyyar ASAN xidmətin 10 avtobusu dövri olaraq ölkənin şəhər və rayonlarında xidmət göstərəcək. 

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. 

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, bu günədək Səyyar ASAN xidmət vasitəsilə 350 minə yaxın vətəndaşa səyyar formada xidmət göstərilib.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.