» » » Uşağın cinsiyyətini öyrənmək qadağan ediləcək - VİDEO

Uşağın cinsiyyətini öyrənmək qadağan ediləcək - VİDEO

Uşağın cinsiyyətini öyrənmək qadağan ediləcək - VİDEO

Selektiv abortun qarşısını almaq üçün.

Azərbaycanda son 5 ildəki doğumların statistikası göstərir ki, hər 112 oğlana 100 qız düşür. 

Yeni doğumlarda uşaqların oğlan-qız nisbəti arasında böyük fərq yaranmasın deyə selektiv abortun əngəllənməsi nəzərdə tutulur. Bu, gələn ilin yaz sessiyasinda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Azərbaycanda son 5 ildəki doğumların statistikası göstərir ki, hər 112 oğlana 100 qız düşür. Əslində isə 100 oğlan uşağına 104 qız uşağı düşməlidir. Bu məqsədlə selektiv abortun qarşısının alınması təklif olunur.

2014-cü ildə Azərbaycanda 27 min 220 abort qeydə alınıb. Onların arasında selektiv abort etdirənlər üstünlük təşkil edir. Selektiv abort - dölün cinsinə görə hamiləliyə xitam verilməsidir.

Sosioloqlar da selektiv abortların demoqrafik göstəricilərə mənfi təsir etdiyini deyir. Bunun ananın səhhətinə mənfi təsir edəcəyini düşünən mütəxəssislər qanunun qəbulu ilə abortların sayının azalacağını düşünürlər.

Abortun selektiv olub olmadığını müəyyənləşdirmək çətin yaxud da mümkünsüz olması isə qadağanın bütün abortlara şamil olunmasını vacib edir. “Reproduktiv sağlamlığın qorunması haqqında”qanunun qəbulundan sonra ana və körpənin sağlamlıq problemi kimi əsas olmadan abort etdirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Qanunun Milli Məclisin 2016-cı ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Mənbə: Xəzər xəbər