» » » Rusiyada görkəmli azərbaycanlı alim vəfat edib

Rusiyada görkəmli azərbaycanlı alim vəfat edib

Rusiyada görkəmli azərbaycanlı alim vəfat edib

Aza Rəhmanova Bakıda anadan olub.

Rusiyanın QİÇS/HİV üzrə aparıcı mütəxəssisi, Peterburqun 29 il ərzində əsas infeksionist-həkimi Aza Rəhmanova həyatının 84-cü ilində vəfat edib.  

ucarliyiq.biz “Obşestvenni kontrol”a istinadən xəbər verir ki, Aza Rəhmanova tibb elmləri doktoru, professor, Rusiyada QİÇS/HİV üzrə nüfuzlu mütəxəssislərdən biri idi. Onun tərcümeyi-halı, həkimin məşğul olduğu fəaliyyət qədər unikaldır.  

Aza Rəhmanova Bakıda anadan olub, atası Azərbaycan atıcı diviziyasının komissarı, daha sonra isə Azərbaycanın mədəniyyət üzrə xalq komissarı olub. 1937-ci ildə repressiya qurbanı olub və bir il sonra həbsxanada vəfat edib.

Rəhmanovlar ailəsini praktiki olaraq tamamən repressiya qurbanına çeviriblər, onları Altay vilayətində Sintaş mədəninə, ordan Qazaxıstana, Semipalatinskə sürgün ediblər.

Aza Rəhmanova anasının sənətini davam etdirib, o da həkim idi, 1950-ci ildə Semipalatinsk vilayətinin baş terapevti olub, daha sonra Azərbaycan Dövlət Həkimlərin İxtisasartırma İnstitutunun dosenti olub.

Aza Rəhmanova 1949-cu ildə daxil olduğu İ.P.Pavlov adına 1 saylı Leninqrad Tibb İnstitutunu 1955-ci ildə fərqlənmə ilə bitirib. 1965-ci ildə o, Leninqradın aparıcı institut və klinikalarında çalışıb, tibb elmləri doktoru, professor olub.  

1986-cı ildə Leninqradın İnfeksion Xəstəliklər üzrə Səhiyyə Komitəsinin baş mütəxəssisi olub. Onun təşəbbüsü ilə S.P.Botkina adına xəstəxanada ölkədə ilk intensiv müalicə palataları yaradılıb.

Rəhmanova SSRİ-də QİÇS ilə birinci məşğul olanlardandır, o, Leninqradda HİV-infeksiya xidmətini və həkimlərin hazırlığını şimali paytaxtda xəstəliyin rəsmi qeydə alınmasına qədər təşkil etmişdi.

2000-ci ilin oktyabr ayından Rəhmanova Sankt-Peterburq Tibb Akademiyasının QİÇS diaqnozlu laborator yönümlü İnfeksiya xəstəlikləri kafedrasının professoru, 2007-ci ildən Sankt-Peterburq Dövlət Tibb Universitetinin İnfeksion xəstəliklər və epidemiologiya kafedrasının “HİV-təbabət” kursunun müdiri, 2013-cü ildən isə sosial mahiyyətli infeksiyalar kafedrasının professoru olub.

Aza Rəhmanova 2008-ci ildən QİÇS və İnfeksion xəstəliklərlə mübarizə və profilaktika Mərkəzinin baş həkiminin müalicə-diaqnostika və elmi işlər üzrə müavini vəzifəsində çalışıb.