» » » Sumqayıtda gənc qız yoxa çıxdı - VİDEO

Sumqayıtda gənc qız yoxa çıxdı - VİDEO

Sumqayıtda gənc qız yoxa çıxdı - VİDEO

Saçları qara və uzun, gözlərinin rəngi isə qaradır.

Sumqayıt şəhər sakini Məmmədova Səma Yadigar qızı itkin düşüb.

ucarliyiq.biz xəbər verir ki, ANS TV-nin məlumatına görə, 41-ci məhəllə, yataqxana 2a, otaq 92 ünvanında yaşayan 14 yaşlı Məmmədova Səma Yadigar qızı 9 noyabr 2015-ci il tarixdə gecə saat 00:01 radələrində yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Məmmədova Səma Yadigar qızının əlamətləri: boyu 161 sm, orta bədən quruluşlu, qarabəniz, sifəti uzunsov, saçları qara və uzun, gözlərinin rəngi isə qaradır.

O, evdən çıxarkən əynində qırmızı rəngli kofta, qara rəngli şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

Məmmədova Səma Yadigar qızını görənlərdən (018) 65-4-02-02, (018) 65-4-42-03, (055) 564-33-33 və Daxili Işlər Nazirliyinin “102” qaynar xəttinə zəng etmələri xahiş olunur.