» » » Azərbaycanda təbii doğuşdan imtina kütləviləşir

Azərbaycanda təbii doğuşdan imtina kütləviləşir

Azərbaycanda təbii doğuşdan imtina kütləviləşir

Əməliyyat ilə edilən doğuşların sayı 10 dəfə artıb.

Azərbaycanda son 14 ildə qeysəriyyə kəsiyi əməliyyatı ilə edilən doğuşların sayı 10 dəfə artıb.

ucarliyiq.biz Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 2000-ci ildə Azərbaycanda 3017, 2014-cü ildə 30 561 qeysəriyyə kəsiyi əməliyyatı aparılıb.

İllər üzrə artmağa doğru dəyişən qeysəriyyə kəsiyi əməliyyatlarının göstəricisi 2013-cü ildə 2012-ci illə (30 794) müqayisədə nisbətən azalaraq 28 954-ə ensə də, 2014-cü ildə yenidən artaraq 30 561-ə yüksəlib.

2014-cü ildə həyata keçirilən qeysəriyyə kəsiyi əməliyyatları bütün doğuşların 20,99 faizini təşkil edib. Ümumilikdə 2014-cü ildə 145 585 doğuş olub. Ötən il hər 100 doğuşun 21-i qeysəriyyə kəsiyi əməliyyatı ilə olub.

Qeyd edək ki, 2013-cü ildə "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna edilən dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qeysəriyyə kəsiyi əməliyyatının qeyri-qanuni aparılmasına görə təqsirkar şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.