» » » İdman yarışına aldığı bileti baha satmaq istəyənlər cərimələnəcək

İdman yarışına aldığı bileti baha satmaq istəyənlər cərimələnəcək

İdman yarışına aldığı bileti baha satmaq istəyənlər cərimələnəcək

İlham Əliyev sərəncam imzaladı.

Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında Qanunu təsdiqləyib.

ucarliyiq.biz dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasına görə yalnız vəzifəli və hüquqi şəxslər deyil, həm də fiziki şəxslər cərimələnəcəklər.

Məcəlləyə dəyişikliyə əsasən, bundan sonra kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletləri baha qiymətə satan fiziki şəxslər yeddi yüz manat miqdarında, vəzifəli şəxslər min beş yüz manat miqdarında, hüquqi şəxslər altı min manat miqdarında cərimə olunacaqlar.

Dəyişiklikdən əvvəl isə yuxarıda adı çəkilən əmələ görə yalnız vəzifəli (500 manatdan 2 min manatadək) və hüquqi şəxslərin (5 min manatdan 7 min manatadək) cərimələnməsi nəzərdə tutulurdu.