» » » İstirahət günü üçün olan hava proqnozu açıqlandı

İstirahət günü üçün olan hava proqnozu açıqlandı

İstirahət günü üçün olan hava proqnozu açıqlandı

Mülayim cənub-qərb küləyi əsəcək.

 Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən məlumata görə, Abşeron yarımadasında havanın temperaturu gecə 7-9, gündüz 14-17 dərəcə, Bakıda 7-9, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacaq.