» » » Bakıda işçi “moyka”dan “Land Cruiser”i qaçıraraq qəza törətdi

Bakıda işçi “moyka”dan “Land Cruiser”i qaçıraraq qəza törətdi

Bakıda işçi “moyka”dan “Land Cruiser”i qaçıraraq qəza törətdi

Faktla bağlı araşdırma aparılır.

Bakıda avtomobilyuma sexinin əməkdaşı müştərinin avtomobilini qaçıraraq qəza törədib.

ucarliyiq.biz Milli.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Bakı sakini, 1963-cü il təvəllüdlü Nəriman Əkbərov polisə müraciət edərək bildirib ki, özünə məxsus “Toyota Land Cruiser” markalı avtomobili M.Hadi küçəsində yerləşən “moyka”da işləyən Nicat adlı şəxsə yumaq üçün verib.

Nicat isə avtomobili qaçıraraq şəhərdə sürüb və gecə 02 radələrində K.Kərimov küçəsində maneəyə vuraraq maşını əzib.

Faktla bağlı araşdırma aparılır.