» » » Azərbaycanda satılan ən ucuz avtomobillər - SİYAHI

Azərbaycanda satılan ən ucuz avtomobillər - SİYAHI

Azərbaycanda satılan ən ucuz avtomobillər - SİYAHI

“Naz Lifan 330” modeli 10 min manata satılır.

Azərbaycanda “ayağını yerdən götürmək” istəyənlər üçün ucuz qiymətə maşınlar heç də az deyil. 

ucarliyiq.biz Axar.az-a istinadən xəbər verir ki, bazarda ən ucuz modellər Çin, İran, Rusiya və Azərbaycan istehsalı maşınlardır. Onların yeniləri 7-8 min manat arasında dəyişir. Amma təbii ki, həmin avtomobillərin işlənmiş olanlarını daha ucuz qiymətə almaq mümkündür.
 
Məsələn, “Şanqan” şirkətinin “Benni” modelini 8 min manata almaq olar. Son dövrlər bu Çin maşınlarına maraq artsa da, mütəxəssislər keyfiyyətini bəyənmirlər.
 
İranın istehsal etdiyi “Saipa 132” avtomobilinin 2014 buraxılışını 7 min manata tapmaq mümkündür.
 
Naxçıvan Avtomobil Zavodunun (NAZ) istehsalı olan “Naz Lifan 330” modeli isə 10 min manata satılır.
 
Ancaq sadalanan maşınların təzəsini almağa üstünlük verənlər azdır. Əsasən, işlənmiş avtomobillər bazardan alınır ki, onlar təqribən yarıbayarı ucuz qiymətə təklif olunur.
 
Həmçinin daha köhnə modellər də var ki, “su qiyməti”nə satışdadır. Məsələn, “Ford”un “Sierra” modelini 800-900 dollara almaq olar.
 
“Reno”nun “12 Toros” modeli də təxminən eyni qiymətədir. Bu maşın 1996-cı il buraxılışıdır.
 
BMV-nin “735” modeli də var ki, 1500 dollar ödəməklə bu maşına sahiblənmək olar.
 
VAZ-2107, “Tofaş”ın “Şahin” modelinin işlənmiş olanlarını 2000-2500 manata almaq mümkündür.
 
Ölkədə ən ucuz maşın adına isə “Zaporojes” layiq görülüb. Bu maşınlar 300-500 manatadır.