» » » Zərdabda ev yandı: Xəsarət alan var

Zərdabda ev yandı: Xəsarət alan var

Zərdabda ev yandı: Xəsarət alan var

FHN məlumat yaydı.

Zərdabda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən ucarliyiq.biz-a daxil olan məlumata görə, Zərdab rayonu, Qoruqbağı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli, 1 otaqlı evdə yataq dəsti və geyim əşyası yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti almış və yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.