» » » Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur

Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur

Türkiyədə azərbaycanlı qadın terrorçuluqda ittiham olunur

Sevinc Azərbaycana qayıtmaq istəmir.

29 yaşlı Sevinc İsmayılova əslən Azərbaycandandır. Türkiyəyə 8 il əvvəl gəlib. Türk vətəndaşlığını aldıqdan sonra Sevinc Atakay adını alıb.

ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Başiskelədə yaşayan Sevinc Atakay iki uşaq anasıdır.

Hal-hazırda ərindən ayrılmaq ərəfəsindədir, eyni zamanda ailə üzvləri ilə problemləri var. Ona qarşı cinayət işi açılıb.

O, xalasını təhqir etməkdə ittiham olunur. Məhkəmənin qərarı ilə 6 ay 7 gün həbs cəzası alıb. Bu qərarla bərabər Türkiyə Cümhuriyyəti vətəndaşlığından da məhrum edilib. Vətəndaşlıqdan məhrum edilməyə dair rəsmi məlumatı bu günlərdə alıb.

Sevinc Atakay, bildirib ki, vətəndaşlıqdan çıxarılması haqqında rəsmi açıqlamada onun terrorla əlaqəsi olmaqda ittiham edirlər.

Bununla əlaqədar Sevinc Atakay qəzetimizə bunları söylədi:

“Mənə təkrarən 2 il yaşama icazəsi verilib. Mən Türkiyə Cümhuriyyəti vətandaşı olaraq seçkilərdə səsvermə hüqüqumdan istifadə etmişəm. Əvəllər məhkum olunmamışam. Ortda heç bir mühüm məsələ yoxdur. Xalamla münaqişəzmiz olub. Təhqir ittihamı ilə iddia irəli sürülüb. Bütün məsələ bundan ibarətrdir. Mən Ticarət Cümhuriyyəti vətəndaşı qalmaq istəyirəm”

Sevinc Atakay məhkmənin qərarı ilə əlaqədar Anayasa Məhkəməsində appelyasiya işi açacaq. Azərbaycana geri qayıtmaq istəməyən S.Atakay lazım gələrsə Avropa İnsan Hakları Məhkəməsinə qədər gedəcəyini bildirib.