» » » Bakı metrosunda problem: Qatar tuneldə qaldı

Bakı metrosunda problem: Qatar tuneldə qaldı

Bakı metrosunda problem: Qatar tuneldə qaldı

Qatarın hərəkətində problem olub.

Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.

ucarliyiq.biz-a daxil olan məlumata görə, “Həzi Aslanov”-“Dərnəgül” xətti ilə hərəkət edən qatarın hərəkətində problem olub.

Qatar yarım saatdan çox “Koroğlu” stansiyasında tuneldə qalıb.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Nəsimi Paşayev ucarliyiq.biz-ə bildirib ki, “Həzi Aslanov”-“Dərnəgül” xətti ilə hərəkət edən 48 saylı marşrutda “Nəriman Nərimanov” stansiyasında problem olub. Bu səbəbdən ondan sonra hərəkət edən qatarların hərəkətində gecikmə olub. 

Onun sözlərinə görə, hazırda problem aradan qaldırılıb. Qatarların hərəkətində heç bir problem yoxdur.

Elvin Əhmədov