» » » Nəsimidə ağacəkmə aksiyası keçirilib – FOTO

Nəsimidə ağacəkmə aksiyası keçirilib – FOTO

Nəsimidə ağacəkmə aksiyası keçirilib – FOTO

İcra başçısı marafona qoşulub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsnün təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən ağacəkmə kampaniyası Nəsimi rayonunda davam etdirilib.

Icra Hakimiyyətindən ucarliyiq.biz-a daxil olan xəbərdə bildirilir ki, aksiyada rayon rəhbərliyi, rayonun idarə və təşkilatları, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin – ümumilikdə 500 nəfərdən çox insanın iştirakı ilə rayon ərazisində böyük bir ərazidə ağacəkmə aksiyası təşkil olunub. 

İlk növbədə Nəsimi rayonunda abadlaşdırılan ərazilərdə təmizləmə işləri görülüb, yeni torpaqqatı salınıb, bura mineral gübrələr səpilib. Burada əvvələlər əkilmiş və yeni əkiləcək ağacların suvarılması üçün su maşınları cəlb olunub, yaşıllıqlara lazımi səviyyədə qulluq göstərilməsi üçün yeni su xətti çəkilib, böyük miqdarda dekorativ ağac və gül kolları alınıb.

Keçirilən aksiya zamanı 2000 ədəd yeni ağac və gül kolu əkilib, hazırlanmış sahəyə qazon otu döşənib, əvvəl əkilmiş ağaclara qulluq göstərilib. Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov aksiyada iştirak edərək bu ərazidə aparılan yaşıllaşdırma-abadlıq işləri ilə bağlı tapşırıq və tövsiyələrini verib. 

Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Nəsimi rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olub. Mövsüm ərzində rayonda bu kimi yaşıllaşdırma aksiyalarının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Nəsimidə ağacəkmə aksiyası keçirilib – FOTO

Nəsimidə ağacəkmə aksiyası keçirilib – FOTO

Nəsimidə ağacəkmə aksiyası keçirilib – FOTO

Nəsimidə ağacəkmə aksiyası keçirilib – FOTO