» » » Azərbaycan Baş Prokurorluğu beynəlxalq quruma üzv qəbul olundu

Azərbaycan Baş Prokurorluğu beynəlxalq quruma üzv qəbul olundu

Azərbaycan Baş Prokurorluğu beynəlxalq quruma üzv qəbul olundu

Tədbirdə Kamran Əliyev iştirak edib.

Parisdə korrupsiyaya qarşı mübarizə məqsədi ətrafında peşəkarları birləşdirən müstəqil forum olan Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Ələqələndiricilər Şəbəkəsinin (EACN) 15-ci illik Peşəkar Konfransı və Baş Assambleyası keçirilib. 

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, “Korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı və inzibati tədbirlərin balanslaşdırılmış tətbiqi” mövzusunda keçirilən tədbir Fransa Milli Polisi Baş İnspektorluğunun təsis edilməsinin 130 illiyi münasibəti ilə həmin qurumun inzibati binasında baş tutub.

Qeyd edilən qurumların prezidenti, eləcə də Avropa Komissiyasının Dələduzluqla Mübarizə İdarəsinin (OLAF) baş direktoru Covanni Kesslerin 2014-cü ilin noyabrında Azərbaycan Respublikasına rəsmi səfəri zamanı baş prokuror Zakir Qaralovla əldə edilmiş razılığa əsasən Azərbaycan Respublikası Prokurorluğu, o cümlədən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin EPAC və EACN-ə üzvlük məsələsinin baxılması məqsədi ilə Fransa Milli Polisi Baş İnspektorluğunun rəhbəri xanım Mariya Frans Moneger-Quyomarş və OLAF-ın baş direktorunun dəvəti ilə sözügedən tədbirlərdə baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.

Baş Assambleyada Azərbaycanın quruma üzvlük məsələsinə baxılıb. Səsvermə keçirilib və Azərbaycan Respublikası Prokurorluğu həmin təşkilata üzv qəbul edilib.

Tədbir çərçivəsində İspaniya, Ukrayna və Litvanın ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, habelə bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Konfransın sonunda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da günləndirilməsi məqsədi ilə “Paris bəyannaməsi” qəbul edilmiş və 16-cı illik Konfransın Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə üzrə Bürosunun (KNAB) təşkilatçılığı ilə Latviyanın Riqa şəhərində keçirilməsi qərara alınıb.