» » » Sinoptiklər sabaha yağışsız hava proqnozlaşdırırlar

Sinoptiklər sabaha yağışsız hava proqnozlaşdırırlar

Sinoptiklər sabaha yağışsız hava proqnozlaşdırırlar

Zəif duman olacaq.

Bakı və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ucarliyiq.biz-a verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 8-10, gündüz 14-17, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə çiskin olacaq. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 3-8, gündüz 15-20, dağlarda gecə 2-7 isti, gündüz 13-18 dərəcə isti olacaq.