» » » “Azadlıq Prospekti” stansiyasında çatlar əmələ gəlib

“Azadlıq Prospekti” stansiyasında çatlar əmələ gəlib

“Azadlıq Prospekti” stansiyasında çatlar əmələ gəlib

“Sərnişinlərin həyatı üçün heç bir təhlükə yoxdur”.

Metronun “Azadlıq Prospekti” stansiyasının divarında bir neçə yerdə çat əmələ gəlib.

Bu barədə ucarliyiq.biz-a məlumat daxil olub.

Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev ucarliyiq.biz-ə bildirib ki, bu Bakı metrosuna xas olan bir məsələ deyil dünyanın hər yerində olur təbiət hadisəsi kimi bir məsələdir.

“Ümumiyyətcə o çat deyil. “Azadlıq Prospekti” stansiyası dayaz özüllü stansiyasıdı, normadan artıq yağış yağanda su, yerə hopur mütləqdir ki harasa axsın o da aşağıda stansiya olduğu üçün yol tapıb damma əmələ gətirir.  Ancaq işçilərin səyi nəticəsində yaranmış vəziyyət aradan qaldırılır və çatlar təmir edilir”.
 
N. Paşayev qeyd edib ki, sözügedən stansiyada yaranmış vəziyyət sərnişinlərin həyatı üçün heç bir təhlükə daşımır.