» » » Azərbaycan teleməkanında ilk dəfə: Fiziki qüsurlu şəxs aparıcı oldu -VİDEO

Azərbaycan teleməkanında ilk dəfə: Fiziki qüsurlu şəxs aparıcı oldu -VİDEO

Azərbaycan teleməkanında ilk dəfə: Fiziki qüsurlu şəxs aparıcı oldu -VİDEO

Uğur əngəl tanımır.

Bu verilişin aparıcısı da, qonaqları da fiziki məhdudiyyətlərə baxmayaraq, böyük uğurlara imza atmış şəxslərdir.
 
ucarliyiq.biz xəbər verir ki, dövlətimiz tərəfindən fiziki qüsurlu vətəndaşlara göstərilən diqqət və qayğı ənənəsini “Region TV” öz yayım siyasətində davam etdirməyə çalışmaqdadır.

“Biz birik” verilişində fiziki qüsurlu olmalarına baxmayaraq, öz istedad və bacarıqları ilə böyük uğurlara imza atmış şəxslər, maraqlı həyat hekayələrini tamaşçılarla bölüşürlər.
 
Bununla da cəmiyyətə bir mesaj verilir: fiziki məhdudiyyət uğura gedən yolda əngəl təşkil etmir. Yetər ki, istəyinə nail olmaq üçün çox çalışasan. Bütün əngəlləri aşmaq mümkündür və hekayələrimiz ayrı olsa da, “Biz birik”.
 
“Biz birik” verilişi hər şənbə 20:00-da Region TV-də yayımlanır.