» » » Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi - FOTO

Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi - FOTO

Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi - FOTO

General MTN formasında olub.

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Ədliyyə Nazirliyində təntənəli mərasim keçirilib. 

ucarliyiq.biz AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ali Məhkəmənin sədri Ramiz Rzayev, milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev, nazirliyin kollektivi, vətəndaş cəmiyyətinin təmsilçiləri və media nümayəndələri iştirak ediblər.

Əlamətdar gün münasibətilə ədliyyə işçilərinə təbriklərini çatdıran milli təhlükəsizlik nazirinin vəzifəsini icra edən Mədət Quliyev ulu öndər Heydər Əliyevin məhkəmə-hüquq sahəsini daim diqqət mərkəzində saxladığını bildirib. 

M.Quliyev Prezident İlham Əliyevin də ədliyyə orqanlarına yüksək diqqət və qayğı göstərdiyini məmnunluqla qeyd edib, dövlət başçısı tərəfindən bayram ərəfəsində ədliyyə işçilərinin təltif edilməsinin bunun göstəricisi olduğunu söyləyib. 

Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi - FOTO

Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi - FOTO

Mədət Quliyev ədliyyə işçilərini təbrik etdi - FOTO