» » » Bakı restoranları daimi müştərilərinə endirim edəcək

Bakı restoranları daimi müştərilərinə endirim edəcək

Bakı restoranları daimi müştərilərinə endirim edəcək

Yeni internet sayt yaradılacaq.

Yaxın vaxtlarda Azərbaycanda kafe-restoranların xidmətlərinin qiymətləndirilməsi və müştərilərlə daha sıx əlaqələrin yaradılması üçün yeni proqramma start veriləcək.

ucarliyiq.biz xəbər verir ki, Azərbaycan Otellər və Restoranlar Assosiasiyasından fins.az-a verilən məlumata görə, «müştəri loyallığı» adlanan proqram çərçivəsində yeni internet sayt yaradılacaq. 

Restoranlar burada qeydiyyatdan keçərək öz müştərilərinə istifadəçi kartı təqdim edəcəklər. 

Öz növbəsində müştərilər də həmin kart vasitəsilə eyni saytdan qeydiyyatdan keçəcəklər.

Assosiasiyanın rəhbəri Samir Dübəndi bildirib ki, digər loyallıq proqramlarından fərqli olaraq burda müştərilər kartı pulsuz edə biləcək.

Bu kartın sahibi olan müştərilər loyallıq proqramına üzv olan hotel və restoranlara getdikdə müəyyən faizdən başlayaraq endirim əldə edəcək.

Müştərilər restorana nə qədər çox gedərsə, həmin müəssisənin daimi müştərisi hesab olunacaq və daha böyük endirimlər əldə edəcək.

Bununla yanaşı, daimi müştərilərini tanıyan restoranlar da həmin proqram vasitəsilə onların zövqlərini, istəklərini, rəylərini görəcək və ona uyğun dəyişikliklərini edəcəklər.

Bu proqramda həm restoranlar müştəriləri haqqında məlumat əldə edəcəklər, həm də müştərilər getdikləri restoranların xəritədəki yeri, qiymətləri, xidmətləri, iş saatları, əyləncə proqramları və s. barədə informasiya əldə edə, şərh yaza və 5 ballıq renking sistemində qiymətləndirmə edə bilərlər.

Həmçinin hər restoran menyusundan tutmuş, qiymətlərinə qədər etdiyi hər dəyişiklik haqqında müştərilərinə sms göndərib, xəbər verə bilərlər.