» » » Erməni əsirliyindən qaçan azərbaycanlılar haqda sənədli film çəkildi – TREYLER

Erməni əsirliyindən qaçan azərbaycanlılar haqda sənədli film çəkildi – TREYLER

Erməni əsirliyindən qaçan azərbaycanlılar haqda sənədli film çəkildi – TREYLER

“Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış”.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər fondunun maliyyə dəstəyi ilə “Addım” GİM ictimai birliyi Dağlıq Qarabağ müharibəsi zamanı ermənilərə əsir düşən və qaçmağa qərar verən azərbaycanlılardan bəhs edən “Əsirlikdə 606 gün və Cəhənnəmdən qaçış”adlı sənədli film hazırlanıb. 

ucarliyiq.biz xəbər verir ki, filmdə Xankəndindəki evlərin birində qul kimi saxlanılan Azərbaycanlılardan bəhs edilir. Ağır və əzablı 606 gündən sonra onlar təsadüfən tapdıqları xəritə və oxuduqları kitabın köməyi ilə qaçmağa qərar verirlər. Onların hamsı azadlığa qovuşa bilmirlər. Əsirlikdə aldıqları psixoloji travmalar onların bütün həyatları boyunca davam edir.  

Erməni əsirliyindən qaçan azərbaycanlılar ilk dəfə 20 ildən sonra filmdə görüşürlər. 

Bu hadisə Qarabağ müharibəsi tarixində ən qeyri adi hadisələrdən biridir. 

Filmdə Youtube portalında yerləşən Qarabağ münaqişəsi ilə bağlı videokadrlardan, müharibə barədə müxtəlif müəlliflərin fotolarından və digər materiallardan istifadə edilib. 

Filmdə həmçinin bəzi hadisələrin bərpası üçün 3D qrafikasından da istifadə olunub. 

Filmin hazırlanmasında əsas məqsəd dünya ictimaiyyətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırmaqdır. Filmin rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, montaj edəni isə Sənan Səfərovdur. 