» » » Bakıda sərxoş sürücü qəza törətdi: Xəsarət alanlar var - FOTO

Bakıda sərxoş sürücü qəza törətdi: Xəsarət alanlar var - FOTO

Bakıda sərxoş sürücü qəza törətdi: Xəsarət alanlar var - FOTO

Faktla əlaqədar araşdırma aparılır.

Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib, iki nəfər xəsarət alıb.

ucarliyiq.biz xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Masazır qəsəbəsində baş verib. 

"QAZ-3110" markalı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücü döngədə idarəetməni itirərək qarşı yola çıxıb.

Avtomobilin sürücüsü qarşıdan gələn "LADA" markalı avtomobillə toqquşmadan yayınmağa çalışsa da, maşını işıq dirəyinə çırpıb.

"LADA"nın sürücüsü isə qarşısına qəfildən çıxan maşını gördükdə qorxub və idarəetməni itirib. Nəticədə, avtomobil "QAZ-3110"-a dəyib.

İşıq dirəyinə çırpılan "QAZ-3110" yararsız hala düşüb, avtomobildəki iki nəfər xəsarət alıb. Xəstəxanaya çatdırılan yaralılar dərhal əməliyyat olunublar. Həkimlər yaralıların sərxoş vəziyyətdə olduğunu bildiriblər.

Onların şəxsiyyətini dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.