» » » Özbaşına ev tikənləri daha sərt cəzalar gözləyir

Özbaşına ev tikənləri daha sərt cəzalar gözləyir

Özbaşına ev tikənləri daha sərt cəzalar gözləyir

“Cərimələr və sanksiyalar tətbiq edilir”.

Torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətində yeni prinsiplər və mexanizmlər tətbiq edilir.

ucarliyiq.biz xəbər verir ki bu barədə Əmlak məsələləri Dövlət Komitəsində keçirilən “Torpaq münasibətlərinin tənzimlənməsində bir pəncərə” mövzusunda keçirilən İşgüzar Forumda bildirilib.

Forumda qeyd edilib ki, torpaq qanunvericiliyinə zidd özbaşına tikililərin aparılmasının qarşısını alınması istiqamətində tədbirlər gücləndirilib.

Bildirilib ki, Azərbaycanda torpaqlardan istifadə və onların mühafizəsinə nəzarət üzrə dövlət müfəttişləri bütün respublika üzrə torpaq qanunvericiliyinin tələblərinin icrasına nəzarət edirlər:

“Müfəttişlər dövlət torpaqlarında mütəmadi qaydada monitorinq və müşahidələr aparır. Aşkar edilmiş qanun pozuntuları ilə bağlı torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq edilir”.

“Mühafizə zonaları ilə bağlı müvafiq qərarların tələblərinə riayət olunması məqsədilə də zəruri tədbirlər həyata keçirilir. Dəmir yolları, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri,sahil mühafizə zolaqları ilə bağlı tələblərə əsasən torpaqların istifadəsinə nəzarət edilit. Mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikililərin aparılmasının qarşıaı alınır”,- forumda qeyd olunub.