» » » Dmitri Krılov: Azərbaycanın sadə adamlarından danışmaq istəyirəm – VİDEO

Dmitri Krılov: Azərbaycanın sadə adamlarından danışmaq istəyirəm – VİDEO

Dmitri Krılov: Azərbaycanın sadə adamlarından danışmaq istəyirəm – VİDEO

“Onlarla özünü rahat hiss edirsən”.

“Neputevie zametki” proqramının müəllifi və aparıcısı Dmitri Krılov Azərbaycan haqqında verilişlərin silsiləsini uzatmaq və “Odlar yurdu”na gedərkən özünə zooloq-alim Nikolay Drozdovu yol yoldaşı götürmək niyyətindədir.

ucarliyiq.biz xəbər verir ki, o, bu barədə “Moskva-Bakı”nın müxbirinə bildirib.

Krılovun sözlərinə görə, Azərbaycan haqqında yenidən çəkiliş etmək fikri onda Birinci Avropa Oyunlarının bağlanışı ilə əlaqədar tədbirə ictimai xadimlərin və jurnalistlərin dəvət olunduğu zaman yaranıb.

“Mənim Azərbaycanda “Neputevie zametki” üçün çəkilişləri davam etdirmək böyük arzumdur. “Göz dəyməsin” deyə demək istəmirdim, amma 2016-cı ilin yayında ora yola düşmək və keçən dəfə görə bilmədiklərimi çəkmək fikrindəyəm”, - Krılov bildirib.  

Aparıcının sözlərinə görə, “Neputevie zametki”nin son buraxılışında yalnız Bakı haqqında danışılıb. 

“Amma Azərbaycan böyükdür, tamaşaçıya çatdırılacaq çox şey var. Sadə adamlardan danışmaq istəyirəm. Azərbaycanlılar çox yaxşı adamlardır. Onlarla özünü həmişə rahat hiss edirsən, onlar ünsiyyətə meyillidirlər”, - Krılov vurğulayıb.

Onun sözlərinə görə, tanınmış zooloq-alim Nikolay Drozdov 30 ildən artıq bir zaman ərzində Azərbaycanın dağ və çöllərində araşdırmalar aparıb, ona görə də növbəti dəfə Azərbaycana çəkilişlərə gedərkən çox böyük məmnuniyyətlə onunla yol yoldaşı olmaq istədiyini bildirib.