» » » Bakı taksilərində Wi-Fi olacaq

Bakı taksilərində Wi-Fi olacaq

Bakı taksilərində Wi-Fi olacaq

“Wi-Fi”ların tətbiqinin gediş haqqına təsiri olmayacaq”.

Bakıda fəaliyyət göstərən London taksilərində “Wi Fi” quraşdırılacaq. 

ucarliyiq.biz xəbər verir ki, bunu Trend-ə açıqlamasında “Bakı Taksi Xidməti” MMC-nin rəhbəri İlqar Qasımov deyib.

Onun sözlərinə görə, bunun üçün öncə texniki məsələlər həll olunmalıdır:

”Bakı Taksi Xidməti” MMC taksi xidmətində yeniliklərin tətbiqini nəzərdə tutur. Taksilərdə “Wi-Fi”cihazlarının quraşdırılması da bu yeniliklərdən biridir".

İ.Qasımov "Wi-Fi"ların taksilərdə tətbiqindən sonra gediş haqqının artıb-artmayacağı məsələsinə də toxunub: 

“Bu layihədə gediş haqqının artımı məsələsi öz əksini tapmayıb. “Wi-Fi”ların tətbiqinin gediş haqqına təsiri olmayacaq”.