» » » Milli Məclisdə komitə sədrləri seçildi – SİYAHI

Milli Məclisdə komitə sədrləri seçildi – SİYAHI

Milli Məclisdə komitə sədrləri seçildi – SİYAHI

Hadi Rəcəbli Əmək və sosial siyasət komitəsinin sədri seçilib.

Bu gün Milli Məclisdə komitə sədrləri seçilib.

ucarliyiq.biz xəbər verir ki. APA-nın məlumatına görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Beynəlxalq münasibətlər, parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri isə Ziyad Səmədzadə seçiliblər.

Yeni yaradılan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Gənclər və idman komitəsinin sədri isə Fuad Muradov seçiliblər.

Qeyd edək ki, ötən çağırış Milli Məclisdə Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev, Mədəniyyət komitəsinin sədri isə Nizami Cəfərov olub.