» » » Cənub bölgəsinin ən ucaboylu sakini – FOTO

Cənub bölgəsinin ən ucaboylu sakini – FOTO

Cənub bölgəsinin ən ucaboylu sakini – FOTO

Onun geydiyi ayaqqabının ölçüsü 49-dur.

Cənub bölgəsinin ən ucaboylu sakini Cəlilabad rayonundadır. Rayonun Babaxanlı kəndində yaşayan 37 yaşlı Şahlar Quliyevin boyunun uzunluğu 2 metr 5 santimetr, geydiyi ayaqqabının ölçüsü 49-dur.

ucarliyiq.biz CTV-yə (Region TV) istinadən xəbər verir ki, o, kiçik tutumlu avtomobilə belə sığmır. 

Deyir ki, 14 yaşından etibarən boyu sürətlə artmağa başlayıb və bir neçə il ərzində isə  boyunun uzunluğuna görə rayonun ən ucaboy sakini olub.

Şahlar Quliyevin bədən ölçülərinə uyğun bazarlarda paltar tapılmadığı üçün o, geyim və ayaqqabı kimi  ləvazimatları sifarişlə tikdirməyə məcbur olur. Çəkisi 120 kiloqram olan Şahlar Quliyevin bədən ölçüləri normadan böyük olsa da, heç də çoxlu yemək yeməyə o qədər də meylli deyil.

Bir neçə il əvvələ kimi  peşəkar boksla məşğul olan Şahlar uzun müddət özəl şirkətlərdə mühafizəçi kimi də çalışıb.

Cənub bölgəsinin ən ucaboylu sakini – FOTO

Cənub bölgəsinin ən ucaboylu sakini – FOTO

Cənub bölgəsinin ən ucaboylu sakini – FOTO