» » » Siqaret çəkənlər üçün böyük təhlükə – VİDEO

Siqaret çəkənlər üçün böyük təhlükə – VİDEO

Siqaret çəkənlər üçün böyük təhlükə – VİDEO

Hər il dünyada ağ ciyər, nəfəs yolu və bronx xərçəngindən 1 milyon insan ölür.

İnsanlarda belə bir fikir formalaşib ki, yüngül siqaretlər daha az təhlükəlidir.

Əslində isə insan orqanizminə verdiyi zərər baxımında tərkibində nikatini az olan siqaretlərin zərəri heç də digərindən az deyil. Dünya Səhiyyə Təşkilatı bununla bağlı xəbərdarlıq edib.

ucarliyiq.biz "Xəzər Xəbər"ə istinadən bildirir ki, insanlar bu kimi bəhanələrlə özlərinə təskinlik verirlər. 

Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, yüngül dediyimiz, yəni nikatini nisbətən az olan siqaretlər də digərləri qədər zərərlidir və hətta xərçəng riskini artırır.

Statistikaya görə, hər il dünyada ağ ciyər, nəfəs yolu və bronx xərçəngindən 1 milyon insan ölür. Dünya onkoloqların ümumi rəyinə görə, bu xəstəliklərin əsas risk faktoru siqaret çəkməkdir, xüsusilə də "yüngül" siqaretlər.