» » » Elçin Quliyevin fəaliyyətinə xitam verildi

Elçin Quliyevin fəaliyyətinə xitam verildi

Elçin Quliyevin fəaliyyətinə xitam verildi

O, millət vəkili kimi fəaliyyətinə başlayır.

Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elçin Quliyevin fəaliyyətinə xitam verilib.

ucarliyiq.biz xəbər verir ki, Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı APA-ya bildirib ki, “Dövlət qulluğu haqqında” qanunun 33-cü maddəsinə əsasən, qanunverici orqana  millət vəkili seçilən dövlət qulluqçusunun işinə dərhal xitam verilir və həmin şəxs Mlli Məclisdə millət vəkili kimi fəaliyyətinə başlayır.

E. Quliyev noyabrın 1-də V çağırış Milli Məclisə keçirilən seçkilərdə 63 saylı Sabirabad Birinci Seçki Dairəsindən deputat seçilib. Konstitusiya Məhkəməsi dünən Milli Məclisə seçkilərin nəticələrini təsdiq edib.

F. Talıblı bildirib ki, “Dövlət qulluğu haqqında” qanunun tələbinə əsasən dünən  Dövlət Komitəsində Elçin Quliyevin fəaliyyətinə xitam verilib.