» » » Qubada müharibə və şəhid ailələrinə mənzillər verildi – FOTO

Qubada müharibə və şəhid ailələrinə mənzillər verildi – FOTO

Qubada müharibə və şəhid ailələrinə mənzillər verildi – FOTO

Nazirlik məlumat yaydı.

Quba rayonunda 6 yeni fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən ucarliyiq.biz-a bildirilib. 

Nazirlikdən bildirilib ki, onlardan 5-i Qarabağ müharibəsi əlillərinə, 1-i isə şəhid ailəsinə təqdim olunub.

Nazirlikdən qeyd edilib ki, 2015-ci ildə ümumilikdə 172 nəfər müharibə əlili və şəhid ailəsinə mənzillər verilib:

“Cari ildə nazirlik tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, ayrı-ayrı rayonlarda (Qusar, Ağcabədi, Ağdam, Yevlax, Bərdə, Zərdab, Goranboy, Quba) ümumilikdə 62 fərdi yaşayış evi müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib. 

Həmçinin Bakı, Gəncə, Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 56 mənzil bu təbəqələrdən olanlara təqdim olunub. Beləliklə, bu ilin ötən dövründə artıq 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub”.

“Hazırda isə həmin insanlar üçün ölkəmizin bölgələrində fərdi yaşayış evlərinin, Bakı şəhərində, İmişli, Beyləqan, Şamaxı rayonlarında çoxmənzilli yaşayış evlərinin inşası, şəhər yerlərində hazır yaşayış binalarından mənzillərin tender yolu ilə alınaraq təmir etdirilməsi işləri davam etdirilir”, - deyə nazirlikdən qeyd edilib. 