» » » Xeyriyyə məqsədilə uşaqların əl işlərindən ibarət sərgi təşkil ediləcək

Xeyriyyə məqsədilə uşaqların əl işlərindən ibarət sərgi təşkil ediləcək

Xeyriyyə məqsədilə uşaqların əl işlərindən ibarət sərgi təşkil ediləcək

Heydər Əliyev Fondunun dəstəyi ilə.

Noyabrın 26-da Heydər Əliyev Fondunun dəstəyi ilə istedadlı uşaqların əl işlərindən ibarət “Xəyallarla dolu qəlblər” adlı sərgi və hərrac təşkil olunacaq.

ucarliyiq.biz xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirdə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi,  “Oriqami” Uşaq və Yeniyetmələr İctimai Birliyi, “Qayğı” Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Bakı və regionlardan müxtəlif uşaq evləri və uşaq bağçalarından olan istedadların rəsm və digər əl işləri sərgilənəcək.

Sərgidə 400-dək əsərin nümayişi nəzərdə tutulur.

Tədbirin sonunda uşaqların əl işlərinin hərracı təşkil olunacaq. Qeyd edək ki, hərracdan toplanan vəsait kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə məqsədi ilə sərf olunacaq.

Fondun təşəbbüsü ilə keçirilən bu tədbir istedadlı uşaqların yaradıcılığına dəstək, onların istedadının inkişaf etdirilməsi və ictimaiyyətə təqdim olunması məqsədi daşıyır.

Xeyriyyə məqsədilə uşaqların əl işlərindən ibarət sərgi təşkil ediləcək