» » » Park müddəti bitən avtomobillər cərimə meydanına aparılır – VİDEO

Park müddəti bitən avtomobillər cərimə meydanına aparılır – VİDEO

Park müddəti bitən avtomobillər cərimə meydanına aparılır – VİDEO

“Bu düzgün deyil”.

Bakı ərazisində avtomobil sıxlığının qarşısının alınması üçün müxtəlif tədbirlər görülür.

ucarliyiq.biz ANS TV-yə istinadən xəbər verir ki, yeni körpülərin salınması, işıqforlarda “yaşıl dalğa” prinsipinin tədbiqi, avtoparkların quraşdırılması və s.

Amma buna baxmayaraq her yeni bir prinsip tədbiq edilən kimi onun özünə məxsus problemləri də üzə çıxır.

Son dövürlərdə avtomobillərin park ərazilərindən aparılması halına tez-tez rast gəlirik. Bu bir çox hallarda sürücünün avtomobili düzgün saxlamadığına görə baş versə də, bəzi hallarda, parkinq qəbzinin vaxtının bitdiyi üçün də maşınlar cərimə edilir.

Belə hallar da əlbəttə ki, sürücüləri narahat edir. Avtomobilinin təhlükəsizliyinə və digərlərinin hərəkətinə mane olmadığına əmin olan sürücü, geri qayıtdıqda nəqliyyat vasitəsini saxladığı duracaqda tapmayanda təşvişə düşür.

“Olub ki, bir saatlıq çek vurmuşam, amma işim uzandığından saat yarıma gəlmişəm. Amma avtomobilimin evakuatorla cərimə meydançasına aparılması halı ilə qarşılaşmamışam. Ancaq dostlarımın bu başına gəlib, evakuatorla cərimə meydançasına aparılıb. Hesab edirəm ki, bu düzgün deyil”, – deyə paytaxt sakini Rəşid Həsənov bildirib.

Bir çox Avropa ölkələrində avtoparkinq yerlərində müxtəlif üsullardan istifadə edilir. Bunlar arasına park yerində vaxtından çox saxlanılan avtomobilin təkərlərinin bloklanması və digərləri daxildir.

“Buna nəzarətin çox gözəl mexanizmi var. Bunun üçün xüsusi parkon deyilən bir qurğu var. Belə ki, avtomobil parklanma yerindən keçən zamanı qurğu nömrəni dəqqi qeydiyyatını aparır, avtomobil ödəniş edib yoxsa etməyib. Ödəniş edibsə, hansı müddətədək. Problemli olan avtomobillərə isə cərimə yazılır”, - deyə hüquqşünas Ərşad Hüseynov qeyd edib.

Əslində isə “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə əsasən avtomobil duracaqdan yalnız düzgün park edilmədiyi və digərlərinin hərəkətinə mane olduğu təqdirdə aparıla bilər.

“Parkomatın olduğu ərazidə nəqliyyat vasitəsi düzgün park edibsə, sözsüz ki, yol polisi tərəfindən inzibati protokol tərtib edilə bilməz. Qaldı vaxtın bitməsinə, bununla bağlı ayrı qanunvericiliyin tələbinə uyğun tədbirlər görülə bilər”, – deyə BŞBDYPİ-nin bölmə rəisi Vaqif Əsədov vurğulayıb.

Sürücülər isə bu və buna bənzər hadisələrlə qarşılaşdığı zaman məhkəməyə müraciət edərək hadisəni sivil yolla həll edə bilər. Unutmaq lazım deyil ki, qanun şahdır.