» » » “Dərs evi”— qəbul imtahanlarına unikal hazırlıq sistemi

“Dərs evi”— qəbul imtahanlarına unikal hazırlıq sistemi

“Dərs evi”— qəbul imtahanlarına unikal hazırlıq sistemi

Açılış mərasimi baş tutdu.

Bir müddətdir ki, mətbuatda standart metodikalardan köklü şəkildə fərqlənən hazırlıq kurslarının açılacağı barədə məlumatlar dolaşır. Bu konsepsiya artıq uzun illərdir bir çox Qərb ölkələrində böyük uğurla tətbiq olunur və abituriyentlərin əldə etdiyi yüksək nəticələr onun effektivliyindən xəbər verir.

ucarliyiq.biz xəbər verir ki, sevindiricidir ki, bu xəbərlər doğru çıxdı. Noyabrın 24-də qəbul imtahanlarına hazırlıq kurslarının — “Dərs evi”nin açılış mərasimi oldu.

Təhsil sahəsində böyük təcrübəyə malik olan mərkəzin direktoru Pavel Belorusski öz çıxışında vurğuladı ki, “Dərs evi”ndə abituriyentləri bütün dünyada öz effektivliyini sübut etmiş yeni metodikaya əsasən hazırlaşdırmağa can atan istedadlı, işini bilən və məqsədyönlü müəllimlər çalışır. 

Ölkəmizdə ilk dəfə tətbiq olunan unikal sistem “edutainment” adlanır (ingiliscə “education” və “entertainment” sözlərindən alınıb). Edutainment məşğələlərə yaradıcı yanaşma və interaktivlik tələb edir, abituryentin psixoloji vəziyyətinə, stressə davamlılığına xüsusi diqqət göstərməyi nəzərdə tutur. “Dərs Evi” həm də abituriyenti artıq informasiya ilə yükləmədən lazımi biliklərin tədris edilməsinin tərəfdarıdır.

Mərkəzin özü isə texniki avadanlığı və öz sahəsində mütəxəssis olan ekspertlər komandası ilə yaxşı mənada təəccübləndirdi. “Dərs evi”ndə əmindirlər ki, mexaniki əzbərləmə effektsizdir. Abituriyenti həvəsləndirmək, tədris prosesinə maraq yaratmaq olduqca vacibdir.

Yalnız bu cür yanaşma onun ali məktəbə daxil olmasının rəhni ola bilər. “Dərs Evi” tədris mərkəzinin bu istiqamətdə gördüyü işləri nəzərə alaraq qeyd edilən innovativ konsepsiyanın Azərbaycanda da uğurla həyata keçiriləcəyinə əmin olmaq olar.

2016-cı ilin yanvar ayından etibarən “Dərs evi”ndə intensiv kurslar başlayacaq. Qeydiyyatdan 2015-ci ilin dekabr ayının sonunadək keçmək mümkündür. 

Daha ətraflı məlumat üçün (012) 310 08 18 nömrəsinə zəng edin.

“Dərs evi”— qəbul imtahanlarına unikal hazırlıq sistemi

“Dərs evi”— qəbul imtahanlarına unikal hazırlıq sistemi