» » » “ASAN xidmət”dən “Sənədsiz məktəbli qalmasın” aksiyası – FOTO

“ASAN xidmət”dən “Sənədsiz məktəbli qalmasın” aksiyası – FOTO

“ASAN xidmət”dən “Sənədsiz məktəbli qalmasın” aksiyası – FOTO

Dövlət agentliyi məlumat yaydı.

“ASAN xidmət”in təşkilatçılığı və Daxili İşlər Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Respublika Diaqnostika Mərkəzinin dəstəyi ilə “Sənədsiz məktəbli qalmasın” adlı sosial aksiyaya start verilib. 

ucarliyiq.biz-a “ASAN xidmət”-dən verilən məlumata görə, noyabrın 24-dən etibarən Sumqayıt şəhərində yerləşən ümumtəhsil məktəblərinin binası daxilində şagirdlərə şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb. 

“Sosial aksiya çərçivəsində artıq Sumqayıt şəhər Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli internat-məktəbində  96 şagirdə şəxsiyyət vəsiqələri təqdim edilib. 

Bu gündən isə 1 saylı tam orta məktəbin 1745 şagirdinə şəxsiyyət vəsiqələrinin verilməsi üçün sənəd qəbulu həyata keçirilir və may ayına kimi davam edəcək aksiya çərçivəsində Sumqayıt şəhərində yerləşən 47 ümumtəhsil məktəbində təhsil alan 50.000-ə yaxın şagirdə şəxsiyyət vəsiqələrinin verilməsi planlaşdırılır”, - deyə, dövlət agentliyindən bildirilib. 

“ASAN xidmət”-dən qeyd edilib ki, aksiyanın məqsədi şagirdlərin “ASAN xidmət” mərkəzinə gəlmədən, vaxt itkisi olmadan şəxsiyyət vəsiqəsi almasını təmin etməkdir.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində vətəndaş məmnunluğunun təmin edilməsi ən ali məqsədlər sırasındadır. “ASAN xidmət” fəaliyyəti müddətində ənənəsinə sadiq qalaraq mütəmadi qaydada sosial məsuliyyət yönümlü aksiyalar həyata keçirir. 