» » » Şeyx Nardaranda həlak olan polisləri şəhid adlandırdı

Şeyx Nardaranda həlak olan polisləri şəhid adlandırdı

Şeyx Nardaranda həlak olan polisləri şəhid adlandırdı

İki polis qəhrəmancasına həlak olub.

Xəbər verdiyimiz kimi, bu gün Nardaranda islamçı ekstremistlərlə qarşıdurma zamanı iki polis qəhrəmancasına həlak olub.

ucarliyiq.biz xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə virtualaz.org saytına açıqlamasında həmin polisləri şəhid elan edib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş vermiş hadisə ilə bağlı rəsmi açıqlama yayıb. Açıqlamaya görə, Nardarandakı əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, 2 polis vəfat edib, daha bir neçə nəfəri yaralanıb.