» » » Direktor: Məktəbi odunla qızdırmaq olmur...

Direktor: Məktəbi odunla qızdırmaq olmur...

Direktor: Məktəbi odunla qızdırmaq olmur...

22 məktəbin qızdırılmasında çətinliklər yaşanır.

Kürdəmir rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində qışa hazırlıqla bağlı müəyyən addımlar atılıb.

ucarliyiq.biz Region TV-yə istinadən xəbər verir ki, Kürdəmir Rayon Təhsil Şöbəsinin (RTŞ) müdir əvəzi Əsgər Hüseynovun sözlərinə görə, hazırda mövcud 58 ümumtəhsil və 4 məktəbdənkənar müəssisənin 26-sı fərdi istilik sistemi ilə qızdırılır. 

Digər 36 məktəb binasında isə istilik vasitəsi kimi odun yanacağından istifadə edilir.

RTŞ-dən bildirilib ki, qışa hazırlıqla əlaqədar görülən işlərlə yanaşı çatışmazlıqlar da var. Əsasən də qəzalı vəziyyətdə olan 22 məktəb və bir məktəbdənkənar müəssisənin qızdırılmasında çətinliklər yaşanır.

Rayonun Axtaçı kənd ümumi və tam orta, Çərkəz, Təklə, Şilyan ərazisindəki məktəblərdə bunu müşahidə etmək mümkündür.

"Peçlərimiz var. Peçlərdə odun yanır. Amma daş binadır. Buranı normal şəkildə odunla qızdırmaq qeyri-mümkündür" - deyə Qarasu məktəbinin direktoru Abduləli Qocayev bildirib.

Həmin binalar təmir olunarsa, isitmə işinin də asanlaşacağı bildirilir.