» » » “Azərinşaatservis”in işçilərinə gecikdirilmiş əmək haqqı ödənildi

“Azərinşaatservis”in işçilərinə gecikdirilmiş əmək haqqı ödənildi

“Azərinşaatservis”in işçilərinə gecikdirilmiş əmək haqqı ödənildi

Nazirlik məlumat yaydı.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən vətəndaşların əmək hüquqlarının müdafiəsi, o cümlədən gecikdirilmiş əmək haqları və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən ucarliyiq.biz-a verilən məlumata görə, bu istiqamətdə tədbirlərin davamı olaraq, “Azərinşaatservis” ASC-nin bir qrup əməkdaşının 2 noyabr tarixdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə etdikləri müraciətə əsasən, qeyd olunan qurumun işçilərinin pozulmuş hüquqlarının bərpası məqsədilə müvafiq işlər aparılıb. 

Araşdırma nəticəsində “Azərinşaatservis” ASC-nin işçilərinin əmək haqlarının ödənilməsinin cari ilin may ayından, yəni uzun müddətdir gecikdirildiyi,  müəssisənin öz işçilərinə ümumilikdə 2 mln. 362 min 875 manat məbləğində əmək haqqı borcunun yarandığı müəyyən edilib.

İşçilərin hüquqlarının qısa müddətdə bərpası üçün qanunvericiliyin tələbləri əsasında görülən konkret tədbirlər və təşkilati işlər nəticəsində  “Azərinşaatservis” ASC tərəfindən öz işçilərinə gecikdirilmiş əmək haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilib. Beləliklə, əmək haqlarının gecikdirilməsi səbəbindən həmin işçilərdə yaranmış narazılıq aradan qaldırılıb.

Xidmət tərəfindən vətəndaşların müraciətlərinə uyğun olaraq, onların əmək hüquqlarının müdafiəsinin təmin edilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcəkdir.