» » » Qadın sürücü Bakı-Quba yolunda maşını aşırtdı: Ölən var

Qadın sürücü Bakı-Quba yolunda maşını aşırtdı: Ölən var

Qadın sürücü Bakı-Quba yolunda maşını aşırtdı: Ölən var

Cinayət işi açılıb.

Bakı-Quba yolunda ağır yol qəzası baş verib. 

ucarliyiq.biz xəbər verir ki, Lent.az-ın məlumatına görə, magistralın 53-cü kilometrliyində, Xızı rayonu ərazisində 1979-cu il təvəllüdlü Həsənova Lalə Həsən qızının sürdüyü "Chevrolet-Aveo" aşıb.

Nəticədə sürücü xəsarət alıb, avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Abdullayeva Nazlı Vəli qızı isə aldığı xəsarətlərdən keçinib.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb.
 
Qəzaya səbəb kimi, sürücünün idarəetməni itirməsi göstərilir.