» » » Eldar Əzizovdan sahibkarlara – TÖVSİYYƏ

Eldar Əzizovdan sahibkarlara – TÖVSİYYƏ

Eldar Əzizovdan sahibkarlara – TÖVSİYYƏ

Görüş keçirilib.

Səbail rayon İcra Hakimiyyətində Bayıl və 20-ci yaşayış sahəsində fəaliyyət göstərən bir qrup sahibkarla görüş keçirilib. 

ucarliyiq.biz xəbər verir ki, görüşdə rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov, hüquq mühafizə orqanlarının və digər aidiyyatı qurumların rəhbərləri iştirak ediblər.

“Rayon İcra Hakimiyyətinin başçısı ilk növbədə sahibkarların işləri, onların fəaliyyətinə əngəl törədən və ya mane olan amillərin olub-olmaması, onları narahat edən məsələlərlə maraqlanıb.

Ölkə başçısı İlham Əliyev tərəfindən sahibkarlara yaradılan şəraitdən, yersiz yoxlamaların qarşısının alınması məsələlərindən danışan Eldar Əzizov icra qurumları tərəfindən iş adamlarının fəaliyyətinə lazımi köməkliklərin göstərilməsi məsələləri üzərində dayandı”, - deyə rayon icra hakimiyyətindən bildirilib. 

İcra başçısı keçirilən görüşün də əsas məqsədinin neqativ halların aradan qaldirilması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğuladı. 

Rayon əhalisinin sıx məskunlaşdığı Bayıl və 20-ci yaşayış sahəsi ərazisində fəaliyyət göstərən iş adamları və sahibkarlar zamanın tələbinə uyğun işləməlidirlər. Burada yeni iş yerlərinin açılması isə sakinlərin işlə təmin olunmasında böyük rol oynayacaq.

İcra başçısı gələcəkdə bu ərazilərdə yeni infrastruktur layihələri barədə məlumat verib, sahibkarlıq subyektlərinin bu günün tələblərinə uyğun yenilənməsi, sahibkarlıq fəaliyyətində inkişaf istiqamətlərinin öyrənilməsi və bu sahədəki işlərin tənzimlənməsi üçün marketinq işləri aparılmasını tövsiyə edib. 

Bildirilib ki, bu ərazilərdəki sahibkarlıq obyektləri şəhərin mərkəz hissəsindəki obyektlərdən öz görünüşü, dizaynı ilə kəskin fərqlənir, müasirlikdən çox geridə qalır və artıq yeniləşən və gözəlləşən ərazidə uyğunsuzluq yaradır.

E.Əzizov RİH tərəfindən sahibkarlara obyektlərin müasir səviyyədə yenidənqurulmasında, mövcud və yeniləşən obyektlərin sənədləşdirilmə işlərində sahibkarlara hüquqi qaydada bütün lazımi köməklərin göstəriləcəyini qeyd edib.