» » » Çingiz Əsədullayev: Yayılan xəbərlər əsassızdır

Çingiz Əsədullayev: Yayılan xəbərlər əsassızdır

Çingiz Əsədullayev: Yayılan xəbərlər əsassızdır

“Mən ailəmi qoyub haraya gedə bilrəm?”.

Mənim ölkədən qaçmağımla bağlı son vaxtlar yayılan xəbərlər yalan və böhtandan başqa bir şey deyil.

ucarliyiq.biz xəbər verir ki, bu sözləri Turan-a “Azəriqazbank”ın rəhbəri Çingiz Əsədullayev bildirib.

10 il Ağdaşdan deputat seçildiyini deyən Ç.Əsədullayev xalqa bacardığı qədər xidmət göstərdiyini deyib, seçicilərilə hər-hansı problemi olmadığını söyləyib.

“Builki parlament seçkilərindən sonra dairə komissiyası seçkinin nəticələrini ləğv etdi və bu, mənim üçün müzakirə obyekti deyil”, - deyə o, nəticələrin ləğvinə etirazı olmadığını ifadə edib. Bankir heç nədən asılı olmadan, özünü prezident İlham Əliyevin əsgəri adandırıb.

Ç. Əsədullayev bundan sonra 36 il məşğul olduğu bank sahəsində fəaliyyətini davam etdirəcəyini və ciddi islahatlara ehtiyacı olan bank sahəsində sözünü deyə biləcəyini söyləyib.

Bankir ölkədən getməsi haqda deyilənlərə xüsusi münasibət bildirib. 6 övladı olduğunu deyən Ç. Əsədullayev övladlarının hamısının Azərbaycanda təhisl aldıqlarını, burada yaşadıqlarını, əmək fəaliyyətilə mşğul olduqlarını vurğulayıb.

“Mən ailəmi qoyub haraya gedə bilrəm? Öz şəxsi ailəmdən başqa 750 nəfər əməkdaşı olan “Azəriqazbank” adlı ailəm var, kim öz ailəsinə xəyanət edər?”, - deyə Ç. Əsədullayev ölkədən getməyə hazırlaşması haqda yayılan xəbərlərə mənfi münasibətini birmənalı ifadə edib.

Ölkədən getməyə hazırlaşması haqda xəbərlərin yayılmasına mənfi münasibət sərgiləyən Ç.Əsədullayev ailəsinə, ölkəyə, vətənə, dövlətə heç zaman, heç bir halda xəyanət etməyəcəyini, öz əvvəlki mövqeyində qalacağını söyləyib.

“Əgər bir gün yenə eşitsəniz ki, ölkədən getdiyimi deyirlər, yenə də inanmayın”, - deyə bankir yayılan xəbərlərin əsassız olduğunu bəyan edib.