» » » Bakıda ev yandı
Bakıda ev yandı

FHN məlumat yaydı.

Bakıda evdə yanğın hadisəsi baş verib.

ucarliyiq.biz FHN-in saytına istinadən xəbər verir ki, yanğın hadisəsi Suraxanı rayonunda qeydə alınıb. 

Belə ki, sözügedən rayonda vətəndaşa məxsus birmərtəbəli evin xarici divarına quraşdırılmış qaz sayğacı yanıb. 

Hadisə yerinə gələn Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının sayıqlığı nəticəsində ev və yaxınlıqdakı digər sayğacı yanğından mühafizə etmək mümkün olub.