» » » Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edəcək

Müdafiə Nazirliyi məlumat yaydı.

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biz-a verilən məlumata görə, noyabrın 30-dan dekabrın 4-dək Sarayevo şəhərində (Bosniya və Herseqovina) NATO-nun 2-ci regional kollektiv təlim planlaşdırma kursu, noyabrın 30-dan dekabrın 5-dək Belqrad şəhərində (Serbiya) ATƏT-in nazirlər şurasının növbəti görüşü, noyabrın 30-dan dekabrın 11-dək Vişkov şəhərində (Çexiya Respublikası) sülhü dəstəkləmə əməliyyatlarının planlaşdırılması və qiymətləndirilməsi üzrə təlim kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.