» » » DİN Goranboydakı dəhşətli qəza ilə bağlı məlumat yayıb

DİN Goranboydakı dəhşətli qəza ilə bağlı məlumat yayıb

DİN Goranboydakı dəhşətli qəza ilə bağlı məlumat yayıb

Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi Goranboyda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

ucarliyiq.biz-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 27-də saat 12.00 radələrində Goranboy rayonunun Veyisli kəndində rayon sakinləri Ələsgər Ələsgərovun və Saday İsmayılovun idarə etdikləri “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və Ə. Ələsgərovun sərnişinlərindən Nofəl İsmayılov, habelə S. İsmayılovun sərnişinlərindən Yaşar Rzayev hadisə yerində ölüb, Ə. Əsgərovun digər 3 sərnişini və S. İsmayılovun digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.