» » » Nardaranda su və telefon xətləri də kəsildi

Nardaranda su və telefon xətləri də kəsildi

Nardaranda su və telefon xətləri də kəsildi

Rəsmi açıqlama.

Bakının Nardaran qəsəbəsində sakinlərin telefon rabitəsində yaranan məhdudiyyət borcla bağlı deyil. 

ucarliyiq.biz xəbər verir ki, bunu “APA-Economics”ə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktorun müavini Xankişi Kişiyev bildirib.
 
Onun sözlərinə görə, qəsəbədə olan telefon stansiyasına elektrik enerjisi verilmədiyi üçün stansiyanın fəaliyyəti dayanıb: 

“Stansiyaya elektrik enerjisi kəsilib. Onun da batareyası tükənib”.
 
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə “APA-Economics” qəsəbənin suyunun kəsilmədiyini bildirib. O, bu barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.